Bank Of Baku

Rosberq karyerası ərzində ilk dəfə “Formula-1” çempionu olub

Rosberq karyerası ərzində ilk dəfə “Formula-1” çempionu olub
# 27 noyabr 2016 16:04 (UTC +04:00)

“Mersedes” komandasının almaniyalı pilotu Niko Rosberq karyerası ərzində ilk dəfə “Formula-1” çempionu olub.

 

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, N. Rosberq “Formula-1”-in son mərhələsində – Əbu-Dabi Qran-prisində  “Mersedes” komandasındakı britaniyalı həmkarı Luis Hamiltondan sonra finişə ikinci çatıb.

 

Ancaq “Formulı-1”-in son çempionu olan L. Hamilton bu dəfəki “Formula-1”-in öncəki mərhələlərində N. Rosberqdən 12 xal geridə qaldığı üçün çempiona tituluna yiyələnə bilməyib. “Formula-1” mərhələləri üzrə ümumilikdə 385 xal toplayan N. Rosberq ümumilikdə 380 xal toplamış L. Hamiltonu qabaqlayaraq çempion olub. Üçüncü yerdə sahibi “Ferrari” komandasının pilotu Sebastyan Fettel qərarlaşıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR