Bank Of Baku

Rumıniyada mikroavtobusun çaya düşməsi nəticəsində 9 nəfər ölüb

Rumıniyada mikroavtobusun çaya düşməsi nəticəsində 9 nəfər ölüb
# 05 aprel 2018 09:52 (UTC +04:00)

Rumıniyada mikroavtobus çaya düşüb, xeyli insan suda boğularaq ölüb.

 

APA-nın "Medaifax" agentliyinə istinadən verdiyi xəbərə görə, Nyams bölgəsində mikroavtobus Bistritsa çayına düşüb.  

 

Qəza zamanı nəqliyyat vasitəsində olan on nəfərdən yalnız bir sərnişin sudan çıxa bilib.

 

Suda boğulmuş doqquz nəfərin meyiti sudan çıxarılıb.

 

Mikroavtobusun sərnişindaşıma üçün nəzərdə tutulmadığı  bildirilir.

 

Qəzaya mikroavtobusun təkərinin partlaması və ya digər texniki nasazlığın səbəb olduğu ehtimal edilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR