Bank Of Baku

Rusiyanın İstanbuldakı baş konsulluğunun mühafizəsi gücləndirilib

Rusiyanın İstanbuldakı baş konsulluğunun mühafizəsi gücləndirilib
# 14 dekabr 2016 03:15 (UTC +04:00)

Rusiyanın İstanbuldakı baş konsulluğunun mühafizəsi gücləndirilib. Buna səbəb şəhərdə Rusiyanın əleyhinə aksiyaların keçirilməsidir. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın İstanbuldakı baş konsulluğunun mətbuat katibi Sergey Losev bildirib.      

 

“Son sutka ərzində konsulluq binasının qarşısında Hələbdəki vəziyyətlə əlaqədar üç aksiya keçirilib. Onlardan ən irisində 250-dək etirazçı iştirak edib”, - deyə Losev bildirib.    

 

Onun sözlərinə görə, aksiya zamanı və ondan sonra binanın qarşısında polis əməkdaşları daim növbə çəkir.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR