Bank Of Baku

Saakaşvili: “Gürcüstanın yeni hakimiyyətinin Avropa və Avroatlantika məkanına inteqrasiya niyyəti şübhə doğurur”

Saakaşvili: “Gürcüstanın yeni hakimiyyətinin Avropa və Avroatlantika məkanına inteqrasiya niyyəti şübhə doğurur”
# 22 yanvar 2013 11:43 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova-APA. “Gürcüstanın yeni hakimiyyəti ölkənin qarşısında Avropa və Avroatlantika məkanına inteqrasiya məqsədinin durduğunu bəyan etsə də, bu istiqamət son zamanlar şübhə doğurur”. APA-nın məlumatına görə, bu fikirləri Gürcüstan prezidenti Mixail Saakaşvili Strasburqda AŞPA-nın qış sessiyasında çıxışı zamanı söyləyib.

 

Saakaşvili bildirib ki, Avropa Birliyi və NATO Gürcüstan üçün təkcə tərəfdaş deyil, ölkənin daxil olmaq istədiyi bir ailədir: “Buna görə də baş nazir İvanişvilinin İrəvana səfəri zamanı verdiyi bəyanatlar məni çox təəccübləndirdi. Bidzina İvanişvili bəyan etdi ki, ölkə eyni zamanda həm Rusiya, həm NATO ilə xoş münasibətlərə malik ola bilər və olmalıdır. Lakin bu iki subyektdən eyni məsafəni saxlamağı çox təəccüblü şəkildə əsaslandırıb və erməni dostlarımızı buna misal çəkib. Əlbəttə ki, mən bir prezident kimi təkcə Gürcüstanla Ermənistan arasında deyil, regiondakı bütün qonşularımızla xoş münasibətlərin saxlanmasını istəyirəm. Mən qonşu dövlətlərlə çox yaxşı münasibətlərimizin olması ilə fəxr edirəm. Lakin Gürcüstanın yeni hökuməti bu ritorikanı kökündən dəyişib. Axı Gürcüstan NATO-ya üzvlük lehinə seçimini edib, Ermənistan isə yox”.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR