Bank Of Baku

Serbiya DİN: Kosovo XİN rəhbəri Belqrada gəldikdə həbs ediləcək

Serbiya DİN: Kosovo XİN rəhbəri Belqrada gəldikdə həbs ediləcək
# 16 aprel 2015 23:49 (UTC +04:00)

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Serbiyanın daxili işlər naziri Neboyşa Stefanoviç bildirib.

 

“Taci Belqrada gələrsə polis onu  qanunvericiliyə uyğun şəkildə məsuliyyətə cəlb edəcək”, deyə o bildirib.   

 

Bundan əvvəl Kosovonun XİN rəhbərinin müavini Petrit Selimi Taçinin aprelin 24-də Belqrada səfər etməyi planlaşdırdığını bildirib. Səfərin məqsədi qeyri-hökumət  təşkilatlarından birinin təşkil etdiyi konfransda iştirak etməkdir.

 

Qeyd edək ki, “Kosovo Azad Ordusu”nun liderlərindən biri olan Taçi Serbiyada hərbi cinayətkar elan edilib.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR