Bank Of Baku

Serbiyada keçirilən parlament seçkilərində hakim partiya liderlik edir

Serbiyada keçirilən parlament seçkilərində hakim partiya liderlik edir
# 24 aprel 2016 21:32 (UTC +04:00)

Bakı-APA. Serbiyada keçirilən parlament seçkilərində hakim partiyanın başçılığı ilə yaradılan koalisiya 56% səslə liderlik edir.

 

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə CЕSID mərkəzi ekzit-polların nəticələrinə əsasən məlumat verib.

 

Koalisiyaya Serbiya Tərəqqi Partiyasının sədri Aleksandr Vuçiç rəhbərlik edir.

 

Seçkilərdə 250 mandat uğrunda 20 siyasi partiya, koalisiya və siyasi blok mübarizə aparır. Onlar 5%-lıq səddi keçməklə parlamentdə təmsil oluna bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR