Bank Of Baku

Katz: İsrail ordusu Livan, Suriya və Qəzzadakı bölgələrdən çəkilməyəcək

Katz: İsrail ordusu Livan, Suriya və Qəzzadakı bölgələrdən çəkilməyəcək
# 13 iyun 2026 02:31 (UTC +04:00)

“İsrail Livan, Suriya və Qəzza zolağının bir hissəsi üzərində hərbi nəzarəti saxlamaq niyyətindədir”.

APA xəbər verir ki, bunu İsrailin müdafiə naziri İsrael Katz ABŞ-İran danışıqlarına münasibət bildirərkən deyib.

"İsrail Livan, Suriya və Qəzzadakı təhlükəsizlik zonalarından çəkilməyəcək. İsrail Müdafiə Qüvvələri sərhədlərimizi və vətəndaşlarımızı - Hermon dağının zirvəsindən Livan dağlarına, Samariya bölgəsinə və Qəzzanın əksər hissəsinə qədər - cihadçı qüvvələrin və təşkilatların təhdidlərindən qorumağa davam edəcək və 7 oktyabr hadisələrindən əsas dərs çıxaracaq", - Katz bildirib.

Nazirin sözlərinə görə, İsrailin aydın və birmənalı təhlükəsizlik konsepsiyası var.

"Biz həm yaxın, həm də uzaq təhdidləri aradan qaldırmaq üçün çalışırıq və kompromislərə və güzəştlərə deyil, həll yollarına çalışırıq", - o qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR