Bakı. Könül Cəfərli – APA. “İranın nüvə proqramı ətrafında yaranmış gərginliyin həll olunması üçün keçirilən müzakirələr bu ölkədə hansısa bir rejim dəyişikliyi məqsədi güdmür”. APA-nın İran mətbuatına istinadən məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib. Onun sözlərinə görə, müzakirələrin arxasındakı səbəbin İrana çox açıq şəkildə göstərilməsi lazımdır: “İran keçmişdə bir neçə dəfə hücuma məruz qalıb, amma indiyədək heç bir ölkəyə hərbi müdaxilə etməyib. Bu səbəbdən İranın təhlükəsizlik məsələsi ilə bağlı bəzi narahatçılıqları var və bu mövzu mütləq diqqətdə saxlanılmalıdır”. S. Lavrov deyib ki, İranın nüvə proqramı ətrafında yaranmış gərginlik siyasi və diplomatik yollarla həll edilməlidir: “Rusiya rəhbərliyi problemin həlli üçün hər cür hərbi variantın müzakirə mövzusu olmasına belə qarşıdır”.