Bank Of Baku

Sergey Skripalın qızı xəstəxanadan çıxıb

Sergey Skripalın qızı xəstəxanadan çıxıb
# 10 aprel 2018 11:24 (UTC +04:00)

Martın 4-də Böyük Britaniyanın Solsberi şəhərində atası ilə birlikdə huşsuz vəziyyətdə tapılaraq xəstəxanaya aparılan Yuliya Skripal xəstəxanadan buraxılıb.

 

APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, bunu xəstəxananın tibb müdiri Kristin Blanshard deyib. O bildirib ki, Skripal və qızı müalicəyə son dərəcə yaxşı reaksiya veriblər: “Ancaq xəstələrin hər ikisində bərpa fərqli mərhələdə gedir. Sergey Skripal Yuliya ilə müqayisədə daha yavaş bərpa olur, ancaq biz ümid edirik ki, o da xəstəxanadan çıxa bilər. Onun da vəziyyətində inkişaf var və artıq kritik mərhələdə deyil".

 
Qeyd edək ki, Skripalların zəhərlənməsi hadisəsi beynəlxalq miqyasda geniş əks-səda doğurub və Rusiya ilə Qərb arasında yeni diplomatik böhrana səbəb olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR