Bank Of Baku

Sloveniyada ilk qadın baş nazir seçilib

Sloveniyada ilk qadın baş nazir seçilib
# 28 fevral 2013 03:43 (UTC +04:00)

Bakı-APA. Sloveniya parlamenti Yanez Yanşanın hökumətinə etimadsızlıq göstərərək 43 yaşlı Alenka Bratuşeki yeni baş nazir seçib. Bratuşek ölkə tarixində ilk qadın baş nazir olub. Bu barədə APA RİA Novosti-yə istinadən məlumat verir.

 

Məlumata əsasən, Yanşa hökuməti korrupsiyada günahlandırılıb. Bratuşeki «Pozitiv Sloveniya», sosial-demokrat, «Vətəndaş siyahısı», Xalq və Sloveniya təqaüdçülərin demokratik partiyaları dəstəkləyiblər Onun əleyhinə Yanşanın başçılıq etdiyi Sloveniya demokrat partiyası və «Yeni Sloveniya» partiyası çıxış ediblər.

 

Yanvarın 8-də antikorrupsiya komissiyası Yanşanın 200 min avrodan çox məbləği bəyan etməyərək antikorrupsiya qanunvericiliyini pozduğunu elan etmişdi. Bunun ardınca bir çox müttəfiqləri Yanşa hökumətini tərk etmişdilər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR