Bakı-APA. Sloveniyanın “Vətəndaş vərəqi” Partiyası korrupsiya ittihamlarına görə ölkənin baş naziri Yanez Yanşaya istefaya getməsinə 10 gün vaxt verib. APA-nın “BBC”-yə istinadən verdiyi xəbərə görə, əks təqdirdə partiya sağmərkəzçi koalisiyanı tərk edəcəyini bəyan edib.
Partiya bəyanatında Yanşa rəhbər olduğu Sloveniya Demokratik partiyanı baş-nazir postuna yeni namizəd irəli sürməyi çağırıb.
Dövlət antikorrupsiya komissiyası bundan əvvəl ölkənin baş-naziri və müxalifət lideri olan Zoran Yankoviçi şəxsi mülkiyyətində baş vermiş dəyişiklikləri gizlətmək cəhdlərində günahlandırıb.
Qeyd edək ki, hər iki məmur ittihamları rədd edir və tutduqları vəzifələrdən istefa verməkdən imtina ediblər.
Xatırladaq ki adları çəkilən məmurların istefası tələbi ilə Sloveniya paytaxtının küçələrinə minlərlə insan çıxmışdı.