Bank Of Baku

Stoltenberq: “Gürcüstan NATO-ya üzv olmağa hazırlaşmaq üçün bütün vasitələrə malikdir”

Stoltenberq: “Gürcüstan NATO-ya üzv olmağa hazırlaşmaq üçün bütün vasitələrə malikdir”
# 27 aprel 2018 18:50 (UTC +04:00)

Gürcüstan NATO-ya üzv olmağa hazırlaşmaq üçün bütün vasitələrə malikdir.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq bəyan edib.

 

“Gürcüstan müvafiq tələbləri yerinə yetirdikdən sonra NATO üzvü olacaq, ölkə Alyansa üzv olmağa hazırlaşmaq üçün bütün vasitələrə malikdir”, deyə Y.Stoltenberq vurğulayıb.

 

Onun sözlərinə görə, NATO-nun iyulda keçiriləcək sammitində Alyans üzvləri yekdilliklə Gürcüstana qəti dəstək verəcək, ölkəyə praktiki və siyasi yardım göstərməyə davam edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR