Bank Of Baku

Stoltenberq: “Rusiya ilə münasibətlərin əvvəlki səviyyəyə qayıtması gözlənilmir”

Stoltenberq: “Rusiya ilə münasibətlərin əvvəlki səviyyəyə qayıtması gözlənilmir”
# 20 aprel 2016 16:05 (UTC +04:00)

Bakı. Türbət Bağırov - APA. NATO və Rusiya münasibətlərinin əvvəlki səviyyəyə qayıtması gözlənilmir.

 

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq Rusiya-NATO  Şurasının iclasından sonra deyib. O, Rusiya ilə siyasi dialoqun vacibliyinə də diqqət çəkib: “Avroatlantik məkanı bölüşən dövlətlər arasında siyasi dialoqun olması, əsasən də, hazırda yaşadığımız gərgin zamanlarda vacib və faydalıdır ”.

 

Qeyd edək ki, Rusiya - NATO Şurası 2 illik fasilədən sonra ilk iclasını keçirib. Sonucu görüş 2014-cü il iyunun 2-də baş tutub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR