Bank Of Baku

Strasburqda naməlum şəxs bıçaqla hərbçilərə hücum edib

Strasburqda naməlum şəxs bıçaqla hərbçilərə hücum edib
# 24 aprel 2016 16:07 (UTC +04:00)

Bakı-APA. Aprelin 23-də axşam naməlum şəxs bıçaqla Strasburq vağzalında patrul xidmətində olan iki əsgərə hücum edib.

 

APA-nın “France Presse” agentliyinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində bir əsgər yanağından xəsarət alıb.

 

Həmin kişi əsgərlərə yaxınlaşan zaman ərəb dilində sözlər deyib və əsgərlərə hücum edəndən sonra qaçaraq gizlənməyi bacarıb. Hazırda hüquq-mühafizə orqanları hadisəni törətmiş şəxsi axtarır. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR