Bank Of Baku

Tbilisidə “Azərbaycan payızı” festivalı keçiriləcək

Tbilisidə “Azərbaycan payızı” festivalı keçiriləcək
# 05 may 2018 20:34 (UTC +04:00)

Gürcüstanın paytaxtı Tbilisi şəhərinin Bakı küçəsində “Azərbaycan payızı” festivalı keçiriləcək.

 

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, bu barədə Tbilisi sakrebulosunun majoritar deputatı Rima Beradze şəhərin Kiyev küçəsində keçirilmiş “Ukrayna baharı” festivalında çıxışı zamanı bildirib.

 

O deyib ki, şəhərin Çuqureti rayonunda yerləşən Bakı küçəsində “Azərbaycan payızı” festivalı ilk dəfə təşkil olunacaq: “Tbilisi çox tolerant şəhərdir və əhalisinin 17%-ni milli azlıqlar təşkil edir. Buna görə də bu cür tədbirlərin böyük əhəmiyyəti var”.

 

Kiyev küçəsində keçirilmiş “Ukrayna baharı” festivalı çərçivəsində müxtəlif mədəni tədbirlər təşkil olunub. Tədbir iştirakçıları Ukraynanın mədəniyyəti, adət-ənənələri və mətbəxi ilə tanış olublar.  Festival 2016-cı ildən etibarən hər il keçirilir.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR