Bank Of Baku

Tbilisidə əcnəbi ər-arvadın meyiti aşkarlanıb

Tbilisidə əcnəbi ər-arvadın meyiti aşkarlanıb
# 10 aprel 2018 07:44 (UTC +04:00)

Gürcüstanın paytaxtı Tbilisinin Pekin küçəsində yerləşən binaların birində mənzildə ər və arvadın meyiti aşkarlanıb.

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, xarici  ölkə vətəndaşları olan cütlük bir neçə günlük mənzil kirayələyib. İlkin məlumatlara əsasən, onların ölümünə dəm qazından zəhərlənmə səbəb olub. Ər-arvadın meyitləri ekspertizaya göndərilib.

 

Cütlüyün hansı xarici ölkə vətəndaşı olduqları hələ açıqlanmır.

 

Gürcüstanın Daxili İşlər Nazirliyi faktla bağlı istintaq aparır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR