Bank Of Baku

Tbilisidə Gürcüstan və Ermənistan prezidentlərinin görüşü keçirilib

Tbilisidə Gürcüstan və Ermənistan prezidentlərinin görüşü keçirilib
# 25 dekabr 2017 15:16 (UTC +04:00)

Tbilisidə Gürcüstan prezidenti Giorgi Marqvelaşvili ilə Ermənistan prezidenti Serj Sarkisyan arasında təkbətək görüş keçirilib.

 

APA-nın yerli bürosunun məlumatına əsasən, görüşdə Gürcüstan-Ermənistan münasibətləri, regiondakı vəziyyət və digər məsələlər müzakirə olunub.

 

Sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirilib. Görüşdən sonra hər iki dövlət başçısı media üçün bəyanatla çıxış edəcək. 

 

S.Sarkisyan Gürcüstana iki günlük rəsmi səfəri çərçivəsində baş nazir Giorgi Kvirikaşvili, parlament sədri İrakli Kobaxidze, patriarx II İlya ilə görüşəcək. Ermənistan prezidentinin Gürcüstanın erməni icmasının nümayəndələri ilə görüşü də planlaşdırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR