Bank Of Baku

Tbilisidə yaşayış binasında yanğın baş verib, 3 nəfər ölüb

Tbilisidə yaşayış binasında yanğın baş verib, 3 nəfər ölüb
# 25 dekabr 2017 03:37 (UTC +04:00)

Dekabrın 25-ə keçən gecə Gürcüstanın paytaxtı Tbilisidə yaşayış binasında güclü yanğın baş verib.

 

APA-nın xəbərinə görə, bu barədə  Gürcüstan DİN-in Fövqəladə Halların idarə olunması Agentliyinin mətbuat xidməti bildirib.

 

“Dinamo” stadionu yaxınlığındakı yaşayış binasının mənzillərinin birində əmələ gələn yanğın 3 nəfərin həyatına son qoyub, daha 1 nəfər ağır yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Hazırda yanğın söndürülüb. Hadisənin səbəbləri araşdırılır.

 

Qeyd edək ki, bundan əvvəl "Rooms Tbilisi" hotelində yanğın baş verib, hadisə nəticəsində zərərçəkən yoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR