Bakı-APA. Tiflisin meri Qiqi Uqulavaya qarşı rəsmi ittiham təqdim olunub. APA-nın “Qruziya Onlayn”a istinadən verdiyi məlumata görə, o büdcə vəsaitlərin mənimsəməsində və israf edilməsində, böyük məbləğdə qanunsuz gəlirlərin mənimsəməsində və pulların yuyulmasında ittiham olunur. İttiham iki epizod üzrə təqdim olunub: dələduzluq yolu ilə “İmedi” telekanalının mənimsəməsi və Vahid Milli Hərəkatın fəallarının büdcə vəsaitləri hesabına maliyyələşməsi. Birinci halda Uqulava, konkret olaraq, onda ittiham olunur ki, o dələduzluq yolu ilə Cozef Key sahibi olduğu “İmedi” telekanalını ələ keçirib, ikinci epizodda isə Vahid Milli Hərəkatın 1500-dən çox fəalları şəhərin təmizlənməsi xidmətində formal olaraq qeydiyyatda olduğu halda, faktiki heç bir işlə məşğul olmayaraq məvacib alıblar. İkinci halda o 5 milyon lari məbləğində (təqribən 2,5 milyon manat) büdcə vəsaitlərini israf etməkdə ittiham olunur.
Rəsmi ittihamla bağlı Vahid Milli Hərəkatın tərəfdarları bu gün Tiflisdə etiraz aksiyası keçirilib. Etirazçılar Maliyyə nazirliyinin qarşısındakı yolu bağlayıb. Aksiyada Vahid Milli Hərəkatın liderləri - partiyanın baş katibi Vano Merabişvili, partiyanın parlament fraksiyasının rəhbəri David Bakradze, Gürcüstan prezidentinin mətbuat katibi və başqaları iştirak edib. Aksiya iştirakçıları Tiflis merini dəstəkləyən şüarlar səsləndirib.
Qeyd edək ki, ötən gün Gürcüstanın baş prokuroru Arçil Kbilaşvili Uqulavanın fəbs olunmayacağını bəyan edib.
“Onu sadəcə ittihamlarla tanış edəcəklər”, deyə baş prokuror qeyd edib və əlavə edib ki, meri, formal olaraq, şənbə günü ittiham edildikdən sonra həbs etmək olardı. Qiqi Uqulava artıq İstintaq idarəsini tərk edib.