Tiflis. Nizami Məmmədzadə-APA. Tiflisdə Dünya Psixiatriya Assosiasiyasının regional konfransı başlayıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbiri Gürcüstan prezidenti Giorgi Marqvelaşvili açaraq ilk dəfə Gürcüstan paytaxtında Dünya Psixiatriya Assosiasiyasının təşəbbüsü ilə keçirilən regional konfransının mühüm əhəmiyyət kəsb etdiyini bildirib.
Tədbirdə Dünya Psixiatriya Assosiasiyasının prezidenti Dineş Buqra və beynəlxalq ekspertlər çıxış edərək psixologiyanın problemlərindən və prioritetlərindən danışıblar.
Qeyd edək ki, Dünya Psixiatriya Assosiasiyasının təşəbbüsü ilə keçirilən regional konfransa 30 ölkədən Azərbaycan nümayəndələri də daxil olmaqla 400 nəfər nümayəndə gəlib.
Tədbirdə Azərbaycan nümayəndəsi həkim-psixoloq Gülay Məmmədzadə məruzə ilə çıxış edərək onkoloji xəstələrdə mövcud olan xəstəliklər barədə məlumat verib.
Məlumata görə, G. Məmmədzadə keçən il Harvard Universitetində Dünya Psixiatriya Assosiasiyasının təşəbbüsü və təşkilatçılığı ilə keçirilən beynəlxalq konfransda onkoloji xəstəliklər barədə məruzə ilə çıxış edib.
Tədbir müxtəlif mövzularda panel iclaslarında davam edib.
Regional konfrans aprelin 30-da başa çatacaq.