Bank Of Baku

Tiflisdə Gürcüstan Konstitusiyasında dəyişikliklərə həsr olunan tədbirdə insident baş verib

Tiflisdə Gürcüstan Konstitusiyasında dəyişikliklərə həsr olunan tədbirdə insident baş verib
# 15 may 2017 19:52 (UTC +04:00)

Tiflis filarmoniyasında ölkə konstitusiyasında dəyişikliklər ilə bağlı keçirilən iclasda insident baş verib.

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bir qrup kommunist gənc Gürcüstan parlamentinin sədri İrakli Kobaxidzeni tədbiri açmasına mane olub, onu qışqırıq və səs-küylə qarşılayıb.

 

Parlament sədri belə vəziyyətdə müzakirələrin aparılmasını təxribat adlandırıb və bu formatda görüşün keçirilməsini qeyri-mümkün hesab edib.

 

İrakli Kobaxidzenin sözlərinə görə, Gürcüstanda gənc kommunistlərə yer yoxdur: “Çavçavadze ölkəsində kommunistlərə yer yoxdur. Mən sizi İlya Çavçavadze - maarif  yolunda durmağı arzulayıram. Gürcüstanda heç vaxt kommunistlərə yer olmayacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR