Bank Of Baku

Tiflisdə İnterpolun işçi qrupunun konfransı keçirilib

Tiflisdə İnterpolun işçi qrupunun konfransı keçirilib
# 14 sentyabr 2016 01:27 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə-APA. Sentyabrın 13-də Tiflisdə İnterpolun təşkilatçılığı ilə işçi qrupunun “Millenium” layihəsinə həsr olunan ikigünlük konfransı keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə Gürcüstanın daxili işlər naziri Georgi Mqebrişvili çıxış edib. Nazir 24 ölkədən gələn 58 nümayəndəyə müraciət edib və  Gürcüstan DİN-nin həyata keçirdiyi layihələr və Gürcüstanın hüquq-mühafizə orqanlarının mütəşəkkil cinayətkarlığa qarşı mübarizə təcrübəsi barədə ətraflı məlumat verib.

 

Nazir çıxışında “Millenium” layihəsinin həyata keçirilməsi ilə hüquq-mühafizə orqanlarının birgə səyləri nəticəsində bütün ölkələrin problemlərinin aradan qaldırılacağına ümidvar olduğunu bildirib. Nazir bildirib ki, 2015-ci ildə Praqada keçirilən "Millennium" layihəsinin işçi qrupunun son iclasında Fransa və Almaniya ilə yanaşı Gürcüstan da layihəyə üzv olan aparıcı ölkələrdən biri olaraq seçilib.

 

Tədbirdə çıxış edən “Millenium” layihəsinin meneceri Mirko Huebenbeker və Gürcüstan DİN rəhbəri Georgi Mqebrişvili bir-birilərinə hədiyyə təqdim ediblər.

 

“Millemium” layihəsi İnterpolun Baş Katibliyinin və üzv ölkələrin “Böyük səkkizlik” (G8) hüquq mühafizəçilərinin birgə işləyib hazırladığı layihədir.  Layihədə transmilli, avroasiya və  beynəlxalq mütəşəkkil cinayətkarlığa qarşı (TEOS) xüsusi diqqət yetirilir.

 

Konfransa ABŞ, Böyük Britaniya, Latviya, Finlandiya, Almaniya, İsveçrə, Gürcüstan, Belarus, Azərbaycan, Estoniya, İsveç, İspaniya, Rusiya, Çexiya, İsrail, Yunanıstan, Avstriya, Fransa, İtaliya, Yaponiya, Moldova, Kanada, Belçika, Ukrayna, Birləşmiş Ərəb Əmirlikləri, eləcə də Fransa, Avstriya, İsrail və Yunanıstan ölkəsindən 58 nümayəndə qatılıb.

Tədbir jurnalistlər üçün qapalı keçirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR