Bank Of Baku

Tiflisdə Tolerantlıq Həftəsi çərçivəsində tədbir keçirilib

Tiflisdə Tolerantlıq Həftəsi çərçivəsində tədbir keçirilib
# 11 noyabr 2016 21:44 (UTC +04:00)

Gürcüstanın prezident sarayında Tolerantlıq Həftəsi çərçivəsində “Gürcüstan-müxtəlif birlik” adlı informasiya broşurasının təqdimatı keçirilib.

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə Gürcüstan prezidenti Giorgi Marqvelaşvili, diplomatik korpus nümayəndələri, beynəlxalq təşkilatların, etnik və dini azlıqların və müxtəlif konfensiyaların nümayəndələri, prezidentin ehtiyat fondunun dəstəyi ilə həyata keçirilən layihələrin iştirakçıları iştirak edib.

 

Tədbirdə prezident Giorgi Marqvelaşvili çıxış edərək ölkədə bütün dinlərin və etnik azlıq nümayəndələrinin daha da fəallığına ehtiyac olduğunu, müxtəlif etnik qrupların, o cümlədən müsəlman və xristianların, həmçinin digər konfessiya nümayəndələrinin Gürcüstanın güclənməsi üçün birgə çalışdıqlarını bildirib. Tədbirdə prezidentin ehtiyat fondundan ayrılan vəsait hesabına dövlət dilini milli azlıq nümayəndələrinə öyrədilməsi ilə bağlı kursların və digər layihələrin həyata keçirildiyi bildirilib.

 

Tədbirdə çıxış edən prezidentin milli azlıq məsələləri üzrə müşaviri Sofya Şamanidi “Gürcüstanı yaxşı tanıyaq” proqramı çərçivəsində gürcü dilinin öyrədilməsi kurslarının müsbət nəticələr verdiyini bildirib. O, milli azlıq nümayəndələri olan gənclərin avroatlantik məkana inteqrasiyanı dəstəklədiklərini qeyd edib. Müşavir erkən evlilik və digər vacib məsələlərlə bağlı milli azlıq nümayəndələri ilə görüşlər təşkil olunduğunu da vurğulayıb.

 

Tədbirdən sonra Gürcüstan prezidenti Gürcüstan Müsəlmanlar İdarəsinin şeyxi və digər nümayəndələrlə görüşüb və milli azlıqların problemləri ilə maraqlanıb. Prezident sarayında təşkil edilən broşura təqdimatında Azərbaycan səfiri Azər Hüseyn iştirak edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR