Bank Of Baku

Türk etnosunun İranın siyasi və mədəni həyatındakı yeri İstanbulda müzakirə edilib

Türk etnosunun İranın siyasi və mədəni həyatındakı yeri İstanbulda müzakirə edilib
# 08 fevral 2014 19:37 (UTC +04:00)

İstanbul. Mayis Əlizadə-APAİstanbulda «Avrasiya Bir Vəqfi»nin təşkil etdiyi «İranın siyasi və mədəni həyatında İran türklərinin yeri» mövzusunda  toplantı keçirilib. APA-nın məlumatına görə, tədbirin  açılışında çıxış edən Avrasiya Strateji Araşdırmalar Mərkəzinin direktoru Ömər Özkaya deyib ki, İran Ermənistana dəstək verməklə Türkiyə ilə türk dünyası arasında hörülən divarın qalınlaşmasına kömək edir.  «Ona görə də biz İrandan bu siyasətini gözdən keçirməsini tələb edirik”, deyə  Ömər Özkaya bildirib.

 

Toplantının əsas məruzəçisi, Ərzurumdakı Atatürk adına universitetin professoru, 6 cildlik “İran türklərinin  ədəbiyyatı” antologiyasının müəllifi Əli Qafqasyalı Səfəvi xanədanlığının Türkiyədə “İran dövləti” kimi xarakterizə edilməsinə etirazını bildirərək Şah İsmayıl Xətainin bir türk imperatoru olduğunu vurğulayıb. Professor Qafqasyalı deyib ki, Yavuz Sultan Səlimlə Şah İsmayıl Xətainin savaşı türk tarixində bu gün də silinməyən arzu edilməz izlər buraxıb. “Bundan sonrakı mərhələdə türk birliyinə nail olmaq üçün biz bu acı tarixdən düzgün nəticələr çıxarmalıyıq”, deyə professor Əli Qafqasyalı bildirib. İrana səfərləri zamanı kameraya aldığı aşıq ədəbiyyatı nümunələrindən və bəzi xalq mərasimlərindən fraqmentləri toplantı iştirakçılarına təqdim edən professor Əli Qafqasyalı, araşdırmalarına davam etmək üçün bundan sonra da İrana səfərlərə gedəcəyini bildirib. Toplantının sonunda professor Qafqasyalı iştirakçıların suallarını cavablandırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR