Bank Of Baku

Türk təyyarələri İraqın şimalında PKK düşərgələrini bombalayır

Türk təyyarələri İraqın şimalında PKK düşərgələrini bombalayır
# 14 yanvar 2013 17:58 (UTC +04:00)

Bakı-APA. İraqın şimalındakı Zap düşərgəsindən böyük bir PKK qrupunun Türkiyəyə keçməyə cəhd etməsinin aşkar olunması ilə bağlı Türkiyə hərbi-hava qüvvələri İraq ərazisində hərbi əməliyyata başlayıblar.

 

APA-nın CNNTürk-ə istinadən verdiyi məlumata görə, əvvəlcə kəşfiyyat xarakterli uçuşlar həyata keçirilib. Şübhələr təsdiq olunandan sonra 6 ədəd F-16 hərbi təyyarəsi, Hakkari vilayətinin Çukurcu İlçəsi üzərindən keçərək Şimali İraqda Zap, Haftanin və Metina bölgələrində aşkar edilən terror hədəflərini bombalayıblar.

 

Ümumilikdə indiyədək 18 hədəfin bombalandığı bildirilir. Əməliyyat digər tipli təyyarələrin də yardımı ilə davam edir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR