Bakı – APA. Yanvarın 7-də yerli vaxtla saat 21.00-da bir qrup PKK terrorçusu Türkiyənin İraqla həmsərhəd Hakkari vilayəti ərazisindəki hərbi posta hücum edib. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, Hakkarinin Çukurca rayonundakı Karataş jandarma zastavasına hücum edən terrorçularla əsgərlər arasında döyüş baş verib. Döyüşdə 1 əsgər həlak olub, 2-si yaralanıb. Terrorçulardan 12-si məhv edilib. Digər terrorçular gecə olduğu üçün İraq ərazisinə qaça biliblər.