Bank Of Baku

Türkiyə-Suriya sərhədində baş verən partlayışda ölənlərin sayı 12-yə çatıb

Türkiyə-Suriya sərhədində baş verən partlayışda ölənlərin sayı 12-yə çatıb
# 11 fevral 2013 17:55 (UTC +04:00)

Bakı – APA. Türkiyə-Suriya sərhədində baş vermiş partlayışda ölənlərin sayı 12-yə çatıb. Bu barədə APA CNNTürk-ə istinadən məlumat verir. Xatırladaq ki, partlayış Türkiyənin Suriya ilə sərhəddəki Hatay vilayətinin Reyhanlı rayonundakı “Cilvəgözü” sərhəd-keçid məntəqəsində baş verib.

 

Ölənlərdən 3-ü Türkiyə, 9-u isə Suriya vətəndaşıdır. Hadisə yerli vaxtla saat 15.00-da olub. Bəzi məlumatlara əsasən partlayış içinə partlayıcı qurğu yerləşdirilmiş avtomobildən qaynaqlanıb. Rəsmilər hadisə nəticəsində 28 nəfərin yaralandığını bildirirlər. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR