Bank Of Baku

Türkiyə DİN-i İstanbulda ikinci partlayışın baş verməsi barədə məlumatları araşdırır

Türkiyə DİN-i İstanbulda ikinci partlayışın baş verməsi barədə məlumatları araşdırır
# 10 dekabr 2016 22:08 (UTC +04:00)

Türkiyə polisi İstanbulda “Vodafon Arena” stadionu yaxınlığında ikinci partlayışın baş verməsi barədə yayılan məlumatları araşdırır. APA-nın “Haberturk” istinadən xəbərinə görə, bunu  Türkiyə DİN rəhbəri Süleyman Soylu deyib.  

 

“İki parlayış barədə məlumat var, ikinci partlayışın təpə tərəfdə, tamaşaçıların olduğu hissədə baş verdiyi bildirilir. Lakin bu məlumat yoxlanılmalıdır. Polisləri daşıyam avtobusa hücum olub. Hadisə “Bursaspor” azarkeşlərinin stadionu tərk etməsindən sonra baş verib”, - deyə nazirbildirib.

 

Qeyd edək ki, Bakı vaxtı ilə 23.30 radələrində İstanbulun  Beşiktaş rayonunda partlayış baş verib. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, hadisə Maçka parkı yaxınlığında, “Vodafon Arena” stadionunun çıxışı  yaxınlığında  baş verib. 

 

Türkiyə DİN rəhbəri Süleyman Soylu açıqlamasında partlayış nəticəsində 20 nəfərin yaralandığını bildirib. Onun sözlərinə görə, partlayış stadionun təhlükəsizliyini təmin edən polis əməkdaşlarını daşıyan avtobusun yanında törədilib. Yaralananların hamısı polis əməkdaşıdır.

 

Partlayışdan sonra ərazidə yanğın baş verib. Hadisə yerinə cəlb edilmiş yanğınsöndürənlər alovun söndürülməsi istiqamətində tədbirlər görür. 

 

Hadisə şahidləri iki partlayışın baş verdiyini bildirir. 

 

Hadisənin terror aktı olduğu qeyd edilir.  İlkin məlumata əsasən, minalanmış avtomobil partladılıb. Bəzi məlumatlarda partlayışlardan sonra atəş səslərinin eşidildiyi bildirilir.

 

Partlayışın “Beşiktaş-Bursaspor” matçından sonra, azarkeşlərin stadionu tərk etdikdən sonra baş verdiyi qeyd edilir.

 

RTÜK (dövlət teleradio komitəsi) tərəfindən insidentlə bağlı məlumatların yayımına qadağa qoyulub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR