Bank Of Baku

İstanbulda ikinci partlayışın kamikadze tərəfindən törədildiyi təsdiqlənib

İstanbulda ikinci partlayışın kamikadze tərəfindən törədildiyi təsdiqlənib
# 10 dekabr 2016 22:57 (UTC +04:00)

Türkiyə DİN rəhbəri Süleyman Soylu İstanbulda iki partlayışın törədildiyini təsdiqləyib: “Partlayışlardan birinin kamikadze tərəfindən törədildiyi ehtimal olunur”.

 

APA-nın xəbərinə görə, bunu Süleyman Soylu İstanbula gəldikdə  NTV telekanalının efirində bildirib.

 

“Məlumatımıza görə, iki partlayış törədilib. Onlardan biri  kamikadze tərəfindən törədilə bilər. İkinci partlayışda minalanmış avtomobildən istifadə edilib, çünki bu daha güclü olub. Həlak olanlarla bağlı bir qədər sonra açıqlama veriləcək”, - deyə Süleyman Soylu bildirib.

 

Qeyd edək ki, İstanbulda futbol stadionu yaxınlığında törədilən partlayış nəticəsində yaralananların sayı 38 nəfərə çatıb.

 

“Al Jazeera Turk” telekanalı partlayış nəticəsində azı 15 nəfərin, "Röyters" isə 13 nəfərin  öldüyünü iddia edir. Rəsmi qurumlar bu xəbəri  təsdiqləmir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR