Bank Of Baku

Türkiyə Futbol Federasiyası 94 əməkdaşını işindən kənarlaşdırıb

Türkiyə Futbol Federasiyası 94 əməkdaşını işindən kənarlaşdırıb
# 03 avqust 2016 02:41 (UTC +04:00)

Bakı-APA.  Türkiyə Futbol Federasiyası çevrilişə cəhdlə bağlı aparılan istintaq çərçivəsində 94 əməkdaşının işindən kənarlaşdırıldığını bildirib. APA-nın xəbərinə görə, bu barədə qurumun məlumatında bildirilir. 

 

“Türkiyə Futbol Federasiyası hakimlər, onların müavinləri, Regional Hakimlər Komitəsinin üzvləri və müşahidəçilər daxil olmaqla, ümumilikdə 94 əməkdaşını işindən kənarlaşdırıb”, - deyə qurumun məlumatında bildirilir.

 

Bundan əvvəl Türkiyənin baş naziri Binəli Yıldırım ölkədə hərbi çevriliş cəhdindən sonra 58 611 nəfərin işindən kənarlaşdırıldığını və 3 499 nəfərin istefaya göndərildiyini bildirib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR