APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə RTBF telekanalı məlumat yayıb.
Müvafiq razılaşma Belçikanın daxili işlər naziri Joel Milkenin Ankaraya səfəri çərçivəsində əldə olunub.
RTBF telekanalının məlumatına əsasən, tərəflər mayın sonunadək gənc müsəlman belçikalıların Suriyaya buraxılmaması ilə bağlı iki ölkənin xüsusi xidmət və hüquq-mühafizə orqanları arasında iki görüşün keçirilməsi və terrorla mübarizə sahəsində məlumat və təcrübə mübadiləsinə dair razılığa gəlib.
Fransanın “Le Monde” qəzetinin məlumatına görə, Suriyada üsyançıların düşərgəsində hökumət qüvvələri ilə 300-dək Belçika vətəndaşı döyüşür.