Bakı. Şamil Əlibəyli – APA. Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcı təyyarəsi Suriya sərhədləri yaxınlığında uçuş keçirərkən radarlardan itib. APA-nın “Hürriyet”ə istinadən verdiyi xəbərə görə, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı hadisənin Osmaniyə vilayətindəki Amanos dağları üzərində baş verdiyini açıqlayıb. Pilot dispetçerlərə “mən tullanıram” deyib, sonradan isə təyyarə radarlardan itib. Hazırda axtarış-xilasetmə əməliyyatı aparılır.