Bakı. Etibar Məmmədov – APA. Türkiyə-Suriya sərhədindəki Yayladağı gömrük qapısı müvəqqəti olaraq bağlanıb. APA-nın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, bu barədə Türkiyənin gömrük və ticarət naziri Hayati Yazıçı bildirib.
Təhlükəsizlik tədbirləri ilə əlaqədar olaraq sərhəd məntəqəsinin müvəqqəti bağlandığını vurğulayan H. Yazıçı Suriya ilə Türkiyə arasında olan bütün gömrük-keçid məntəqələrini ciddi nəzarətdə saxladıqlarını qeyd edib.