Bank Of Baku

Türkiyə XİN rəhbəri ABŞ səfirinə irad bildirib

Türkiyə XİN rəhbəri ABŞ səfirinə irad bildirib
# 13 sentyabr 2016 18:35 (UTC +04:00)

Bakı-APA. “ABŞ-ın Ankaradakı səfiri Türkiyənin qubernatoru deyil, o öz səlahiyyətlərini Diplomatik münasibətlər haqqında Vyana konvensiyasına uyğun şəkildə icra etməlidir”.

 

APA-nın “Anadolu”ya istinadən verdiyi xəbərə görə, bunu Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu ABŞ səfirliyinin bəyanatını şərh edərkən deyib.

 

Qeyd edək ki, ABŞ-ın Ankaradakı səfirliyi Amerikanın Türkiyə hökumətinin 28 yerli özünüidarəetmə orqanının rəhbərini PKK və FETO ilə əlaqəli olduğuna görə vəzifəsindən uzaqlaşdırılması qərarından narahat olduğunu bildirib.  

 

Nazir yenidən Gülənin ABŞ-dan ekstradisiya olunması məsələsinə toxunub: “Biz ABŞ hakimiyyətindən Gülənin həbs  edilməsini gözləyirik”.   

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR