Bank Of Baku

Türkiyədə “Akkuyu” AES-i layihəsinin işə salınması ilə bağlı mərasim keçiriləcək

Türkiyədə “Akkuyu” AES-i layihəsinin işə salınması ilə bağlı mərasim keçiriləcək
# 09 dekabr 2017 20:35 (UTC +04:00)

Türkiyənin Mersin əyalətində dekabrın 10-da  “Akkuyu” AES-i layihəsinin işə salınması ilə bağlı təntənəli mərasim keçiriləcək. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, tədbirdə “Rosatom”un rəhbəri Aleksey Lixaçov və Türkiyənin energetika naziri Berat Albayrak iştirak edəcək.  

 

Məlumata görə, söhbət enerji bloklarının inşasına dair hazırlıq işlərinin başlanmasından gedir.

 

Qeyd edək ki, prezident Vladimir Putin Rusiyanın “Akkuyu” AES-in tikintisinə 22 mlrd. dollar yatırılacağını bəyan etmişdir. 

 

Ankara stansiyanı 2023-cü ildə işə salmaq niyyətindədir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR