Bank Of Baku

Türkiyədə “YouTube”a giriş qadağan edilib - VİDEO

Türkiyədə “YouTube”a giriş qadağan edilib - <span style="color: red;">VİDEO
# 27 mart 2014 18:42 (UTC +04:00)

APA-nın “Hurriyet Daily” qəzetinə istinadən verdiyi xəbərə görə, qurumun rəsmi saytında, YouTube.com resursunun statusunun yoxlanılması bölməsində video servisə girişin bağlanıldığı qeyd olunub.    

 

“Hurriyet Daily” qeyd edir ki,   Türkiyənin güc strukturlarının yüksək rütbəli nümayəndələrinin görüşü əks olunan videoyazı “YouTube”də dərc edildikdən bir neçə saat sonra  Telekommunikasiya İdarəsi (TIB) qeyd olunan video servisə girişi bağlayıb.    

 

Qəzetin məlumatına görə, görüş zamanı Suriyaya mümkün hərbi müdaxilə məsələsi müzakirə olunub.

 

“Röyters” agentliyi qeyd edir ki, Türkiyə XİN rəhbəri Əhməd Davudoğlu, öz növbəsində, qeyd edib ki, gizli kameraya çəkilmiş qeyd olunan videoçarx qismən redaktə olunub. Nazir qeyd edib ki, videoçarxın yayımlanması ölkənin milli təhlükəsizliyinə təhlükə yaradır. 

 

Qeyd edək ki, ötən həftə Türkiyədə məhkəmə “Twitter” mikrobloqlar servisinə girişə qadağa qoyub.

 

Türkiyə hakimiyyətinin bu qərarı ictimaiyyət tərəfindən kəskin tənqidə səbəb olub.   

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR