Bakı-APA. "İrs" jurnalının Türkiyə nəşri olan "İrs-Miras" jurnalının Qış 2012-ci il nömrəsi çapdan çıxıb. Bu barədə APA Azərbaycanın Ankaradakı səfirliyinə istinadən məlumat verir.
Keçən ilin mart ayından etibarən nəşr olunan "İrs-Miras" jurnalı, Azərbaycanın tarixi, mədəniyyəti, ədəbiyyatı, incəsənəti və ölkəmizə xas dəyərlər haqqında türk dilində dolğun və əsaslı elmi məqalələrlə oxuculara təqdim olunmaqdadır.
Qeyd etmək istərdik ki, "İrs-Miras" jurnalı artıq Türkiyənin ziyalı təbəqəsi arasında özünəməxsus yer qazanıb və jurnalın 3000 olan tirajının yaxın gələcəkdə sürətlə artacağı gözlənilməkdədir.