Bank Of Baku

Türkiyədə baş vermiş terror hadisəsi zamanı ölənlərin sayı 95-ə çatıb

Türkiyədə baş vermiş terror hadisəsi zamanı ölənlərin sayı 95-ə çatıb
# 11 oktyabr 2015 09:46 (UTC +04:00)

Bakı-APA. Türkiyənin paytaxtı Ankarada baş vermiş terror hadisəsi nəticəsində ölənlərin sayı 95-ə çatıb.

 

APA-nın xəbərinə görə, bu barədə Türkiyə Nazirlər Kabinetində qurulmuş Koordinasiya Mərkəzi açıqlama yayıb.

 

Hadisə nəticəsində xəsarət almış 146 nəfərin müalicəsi davam etdirilir, onlardan 48 nəfərinin vəziyyətinin ağır olduğu bildirilir

Açıqlamada qeyd olunub ki, hadisə nəticəsində xəsarət almış 146 nəfərin müalicəsi davam etdirilir, onlardan 48 nəfərinin vəziyyətinin ağır olduğu bildirilir.

 

Yaralılar Ankarada 29 xəstəxanaya yerləşdirilib: “Xəstələrin təcili olaraq başqa xəstəxanaya və ya şəhərə göndərilməsi üçün 5 ambulans helikopter və 1 ambulans təyyarə hazır vəziyyətə gətirilib”.

 

Açıqlamada o da bildirilib ki, terror hadisəsi zamanı həyatını itirənlərin şəxsiyyətinin müəyyənləşməsi üçün Ankara prokurorluğu araşdırmalarını davam etdirir. Cənazələr tanındıqca ailələrinə təslim edilir. Artıq 10 cənazə ailələrinə təslim edilib ”.

 

Qeyd edək ki, hadisə ilə bağlı Türkiyədə 3 günlük matəm elan olunub.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR