Bakı-APA. Türkiyədə güclü çovğun səbəbindən Qara və Aralıq dənizlərini birləşdirən Bosfor boğazı gəmilər üçün bağlanıb. APA-nın türk mətbuatına istinadən verdiyi məlumata görə, qar fırtınası səbəbindən onlarla aviareys təxirə salınıb.
Güclü qar səbəbindən görünmə dərəcəsinin xeyli aşağı düşməsi gəmilərin Bosfor boğazında hərəkətini təhlükəli edib. Bununla belə, Dardanel boğazı əvvəlki kimi tankerlərin hərəkətinə açıqdır.
Çovğun səbəbindən “Türkiyə Hava Yolları” yanvarın 8-nə və 9-na planlaşdırılmış 76 aviareysi təxirə salıb.