Bank Of Baku

Türkiyədə evindəki ayaqqabı qutularında 4,5 milyon dollar aşkarlanan bank müdiri həbsdən buraxılıb

Türkiyədə evindəki ayaqqabı qutularında 4,5 milyon dollar aşkarlanan bank müdiri həbsdən buraxılıb
# 14 fevral 2014 11:14 (UTC +04:00)

APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, məhkəmə S. Aslanın ölkədən çıxmasına qadağa qoyaraq onun istintaq müddətində sərbəst qalmasına qərar verib.

 

Eyni əməliyyat çərçivəsində həbs olunan daha 7 nəfər azadlığa çıxıb. İş adamı Rza Zərrab və keçmiş nazirlər Müəmmər Gülər və Zəfər Çağlayanın övladları isə təcridxanada qalmağa davam edəcəklər.

 

Xatırladaq ki, dekabrın 17-də S. Aslanın evində axtarış aparılarkən ayaqqabı qutularına doldurulmuş 4,5 milyon dollar pul aşkarlanıb. Ərdoğan hökuməti rüşvət və korrupsiya əməliyyatını xarici qüvvələr tərəfindən dəstəklənən nurçuların hökumətə qarşı qiyam cəhdi kimi qiymətləndirir. Əməliyyatı hazırlayıb həyata keçirən çoxlu sayda prokuror və polis məmuru vəzifədən uzaqlaşdırılıb. Hazırda istintaqı hökumətə yaxın prokurorlar aparır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR