Bank Of Baku

İstanbulda hava şəraiti ilə əlaqədar 800 aviareys ləğv olunub

İstanbulda hava şəraiti ilə əlaqədar 800 aviareys ləğv olunub
# 19 fevral 2015 01:10 (UTC +04:00)

Bakı – APA. Türkiyənin “Turkish Airlines” aviaşirkəti İstanbulda hava şəraitinin kəskin pisləşməsi ilə əlaqədar 800 daxili və beynəlxalq aviareysi ləğv edib.

 

APA-nın məlumatına görə, şiddətli qar İstanbulda yolların buz bağlanmasına səbəb olub və Atatürk hava limanının işini iflic edib.

 

Bir sıra ərazilərdə qar örtüyünün hündürlüyü 60 santimetrə çatıb. Kommunal xidmətlər  yolları təmizləməyə çalışsalar da, bir çox yollarda tıxaclar yaranıb, ictimai nəqliyyatın fəaliyyəti qismən dayandırılıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR