Bakı-APA. Bu ilin yanvarında itkin düşmüş 33 yaşlı amerikalı turist Saray Syerranın meyiti İstanbulda aşkarlanıb. APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, yerli polis qadının bıçaq yarasından öldüyünü bildirir.
Miqrasiya xidmətinin bildirdiyinə görə, Türkiyəyə gəlməmişdən turist qadın Almaniyada və Niderlanda olub.
İki uşaq anası Saray Syerranın itgin düşməsi yanvarın 21-də müəyyənləşib: məhz həmin gün qadın Nyu Yorka dönməyi planlaşdırıb.
İstintaqın məlumatına görə, itkin düşməmişdən bir qədər əvvəl qadın yaxınlarına İstanbuldakı Qalata körpüsünə baş çəkmək niyyəti barədə məlumat verib.
Bu hadisə Türkiyədə geniş ictimai rezonans yaradıb, çünki turistlərin itkin düşməsi bu ölkədə çox nadir hallarda baş verir.