Bank Of Baku

Türkiyənin iki vilayətində terror aktları törədilib, ölən və yaralananlar var - YENİLƏNİB

Türkiyənin iki vilayətində terror aktları törədilib, ölən və yaralananlar var - <span style="color: red;">YENİLƏNİB
# 10 noyabr 2016 03:44 (UTC +04:00)

Türkiyənin iki vilayətində terror aktları törədilib, 5 nəfər şəhid olub, 3 nəfər yaralanıb.

 

APA-nın məlumatına görə, Van vilayətinin Başkale qəsəbəsində PKK terrorçuları mülki mikroavtobusa hücum ediblər. Silahlı hücum nəticəsində 4 nəfər şəhid olub, 2 sərnişin isə  xəsarət alıb. Valiliyin yaydığı məlumata görə, yaralılar xəstəxanada müalicə olunurlar. Terrorçuların zərərsizləşdirilməsi üçün tədbirlər görülür.

 

Yüksəkova vilayətinin Hisar dağı bölgəsində isə PKK terrorçularının top atəşi nəticəsində 1 əsgər yaralanıb. Yaralı əsgər xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Bölgədə terrorçulara qarşı genişmiqyaslı əməliyyat başlayıb.

 

***

 

20:04

 

Van vilayətinin Başkale rayonunda PKK silahlıları içərisində kənd qoruyucuları olan mikroavtobusu atəşə tutublar.

 

APA-nın “Milliyet”-ə istinadən verdiyi xəbərə görə, insident nəticəsində 4 nəfər ölüb, 2 nəfər yaralanıb.

 

Yaralılar xəstəxanaya göndərilib. Onların vəziyyətləri barədə məlumat verilmir.

 

Terrorçuların tutulması üçün bölgədə əməliyyat başlayıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR