Bank Of Baku

Türkiyədə plastik qab fabrikində yanğın, ardınca isə partlayış baş verib

Türkiyədə plastik qab fabrikində yanğın, ardınca isə partlayış baş verib
# 05 dekabr 2012 00:14 (UTC +04:00)

 

Bakı-APA. İstanbulun yaxınlığında yerləşən Berlikdüzü qəsəbəsindəki plastik qab fabrikində yanğın, ardınca isə partlayış baş verib.

APA-nın haberler.com saytına istinadən verdiyi məlumata görə, naməlum səbəbdən fabrikdə güclü yanğın başlayıb. Yanğınsöndürənlərin alovun qarşısını almaq istiqamətində apardığı tədbirlərə baxmayaraq yanğın fabrikin arxasında olan transformatora keçərək güclü partlayış törədib.

Bildirilir, bir necə yanğınsöndürən briqadalarının səyi nəticəsində yanğın söndürülüb.   

Hadisə nəticəsində ölən və xəsarət alanlar barəsində xəbər verilmir. Araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR