Bank Of Baku

Türkiyədə tanınmış jurnalist və ekspert Hüsnü Mahalli həbs edilib

Türkiyədə tanınmış jurnalist və ekspert Hüsnü Mahalli həbs edilib
# 14 dekabr 2016 07:02 (UTC +04:00)

 

Türkiyədə Suriya əsilli tanınmış jurnalist və Yaxın Şərq üzrə ekspert Hüsnü Mahalli həbs edilib.

 

APA-nın “Hürriyet”ə istinadən verdiyi məlumata görə, H. Mahalli “Twitter”də Türkiyənin dövlət böyüklərinə həqarət etməkdə ittiham olunur. O, dekabrın 13-də axşam saatlarında İstanbulda polis tərəfindən saxlanılıb. Jurnalistin evində axtarış aparılıb və bəzi digital vasitələr müsadirə edilib.

 

Qeyd edək ki, H. Mahalli 1949-cu ildə Suriyanın Cerablus şəhərində dünyaya gəlib. Milliyyətcə türkməndir. İstanbul Universitetini bitirib. O, Türkiyə hökumətinin Suriya siyasətini ardıcıl tənqid edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR