Bank Of Baku

Türkiyədə xilasetmə əməliyyatı zamanı 1 nəfər ölüb, 2 nəfər itkin düşüb

Türkiyədə xilasetmə əməliyyatı zamanı 1 nəfər ölüb, 2 nəfər itkin düşüb
# 04 dekabr 2012 19:53 (UTC +04:00)

 

APA-nın CNNTÜRK-ə istinadən verdiyi xəbərə görə, xilasedicilərin biri ölüb, biri isə üzərək sahilə çıxıb, daha 2 nəfər itkin düşüb.

Qeyd edək ki, Ukraynaya məxsus “Volqo-Balt 199”  gəmisinin qəzaya uğraması zamanı 12 nəfərlik heyət üzvünün 4 nəfəri xilas edilib, 1 nəfərin cəsədi tapılıb.

Türkiyə Sahil Təhlükəsizlik Xidmətinin əməkdaşları itkin düşmüş xilasediciləri, və Ukrayna gəmisinin 7 ekipaj üzvünün axtarışını aparır.

 

***

 

22:12

 

Bakı-APA. Türkiyənin Şile qəsəbəsi yaxınlığında Ukraynaya məxsus kömürlə yüklənmiş gəmi batıb.

APA-nın CNNTÜRK-ə istinadən verdiyi xəbərə görə, “Volqo-Balt 199” adlı gəminin 12 nəfərlik heyət üzvünün 4 nəfəri xilas edilib, 1 nəfərin cəsədi tapılıb.

Türkiyə xilasediciləri digər ekipaj  üzvlərinin axtarışına vertolyotları cəlb ediblər.  Heyətin 11-i Ukrayna, bir nəfəri isə Rusiya vətəndaşıdır .

 Güclü külək xilasetmə-axtarış əməliyyatını çətinləşdirib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR