Bakı-APA. Türkiyədə Adıyaman-Gölbaşı yolunun 13-cü kilometrində, minibusun çaya düşməsi nəticəsində 9 nəfər ölüb.
Verilən məlumata əsasən, minibus naməlum səbəbdən idarəetməni itirib.
Hadisə nəticəsində həmçinin çoxlu sayda insan yaralanıb.
Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıblar.