Bakı – APA. Türkiyədə 5,8 bal gücündə zəlzələ baş verib. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, zəlzələnin episentri Egey dənizinin şimalına - Saros Körfəzinə təsadüf edib. Təkanlar İzmir və İstanbul şəhərlərində də ciddi şəkildə hiss olunub və əhali arasında panika yaradıb. Dağıntı və tələfat yoxdur.