Bakı-APA. Türkiyənin Manisa vilayətində 3,9 bal gücündə zəlzələ baş verib.
APA-nın “Milliyet”-ə istinadən verdiyi xəbərə görə, bu barədə Boğaziçi Universiteti Kandilli Rəsədxanasının məlumatında deyilir.
Yeraltı təkanlar yerli vaxtla saat 23:51-də qeydə alınıb. Zəlzələnin episentri Akhisar rayonunda, ocağı isə 11,8 km dərinlikdə yerləşib. Zəlzələ bir sıra yaşayış məntəqələrində hiss olunub. Dağıntı və zərərçəkən yoxdur.