Bank Of Baku

Türkiyəli ekspert: "Ankarada baş verən terror aktı müxtəlif qüvvələr arasındakı savaşın təzahürüdür"

Türkiyəli ekspert: "Ankarada baş verən terror aktı müxtəlif qüvvələr arasındakı savaşın təzahürüdür"
# 10 oktyabr 2015 15:02 (UTC +04:00)

İstanbul. Mayis Əlizadə - APA. "Peşəkarcasına təşkil edilən terror aktı müxtəlif qüvvələr arasındakı savaşın təzahürüdür".

 

Bunu APA-ya terror və təhlükəsizlik məsələləri üzrə təcrübəli şərhçi, “Aydınlık” qəzetinin köşə yazarı Mehmet Faraç deyib.

 

"Bu gün Ankarada törədilmiş terror aktının arxasında nələr ola bilər" sualına M. Faraç bu cür cavab verib: "Dünən gecə saat 12 radələrində Twitter sosial şəbəkəsində "Berdebay" və "Anatoli Todorov" adlı profillərdən "İŞİD"-in Ankaranı qana boyayacağına" dair iddia paylaşılıb və 10 saatdan sonra məlum terror aktı baş verib. Mən o profilləri deşifrə edəndən 3 dəqiqə sonra "Berdebay" profili qapadıldı. Maraqlıdır ki, "Berdebay" profilində PKK terror təşkilatının rəmzləri olsa da, Ankaradakı terror aktında PKK-nın əli olmadığı iddia edilirdi. Çox qarışıq məsələdir. Görün, necə peşəkarcasına təşkil edilib: əvvəlcə ilk canlı bomba partlayır, insanlar dağınıq, vahimə halında çıxışa tərəf qaçarkən ikinci canlı bomba partlayır. Türkiyənin təhlükisəzilik qüvvələri sosial mediada iqtidara qarşı verilən bütün şərhləri o dəqiqə müəyyənləşdirib tədbir görürlər. Necə olur ki, 10 saat qabaq 25 milyon istifadəçisi olan "Twitter"-dən bu cür vahiməli bir iddia paylaşılır, ancaq təhlükəsizlik qüvvələri bunu görmür? Bu işin arxasında iqtidar-icma və iqtidar-PKK münaqişəsindən faydalanmaq istəyən qüvvələr durur. İzi azdırmaq üçün "Anatoli Todorov" adlı rus mənşəli rəmzdən istifadə ediblər. Bununla diqqəti son günlər Suriyada geniş miqyaslı əməliyyatlar aparan Rusiyanın işin arxasında olduğuna eyham vursalar da, bunun doğruluğunu qəbul etmək  mümkün deyil".

 

Ekspert bildirib ki, Ankaradakı terror aktının "kürdlərə faydası olacaq, hökumətin reytinqinə isə mənfi təsir göstərəcək".

 

Qeyd edək ki, bu gün Ankarada keçirilməsi planlaşdırılan "Sülh mitinqi" ərəfəsində dəmir yolu vağzalının yerləşdiyi qovşaqda iki terrorçu belinə bağladığı bombaları partladəb. Terror aktı nəticəsində 47 adam həlak olub, 130 nəfər isə yaralanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR